azeri | russian | english
  Ana səhifə     Federasiya     Çempionatlar  
  Partnyorlar     Rafael Ağayev     Xəbərlər     Fotoqalereya     Video     Azərbaycan     Əlaqə  
Video
Sponsor

Xəbərlər

05.07.2010
Yunanıstanın Korfu adasında yeniyetmə və gənclərin 3-cü Dünya Kuboku yarışına yollanan karateçilərimiz vətənə 4 mükafatla dönüblər. Avstraliya, İran, İordaniya, Honq Konq kimi dövlətlərlə birgə daha 17 ölkədən 200-dən artıq idmançının qatıldığı nüfuzlu yarışda Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 11 karateçimiz iştirak edib. Onlardan İlahə Qasımova (-59 kq) qızıl medala, Sura Fərəcli (-53 kq) gümüş mükafata sahib olub. Fərəcli 1-ci yer uğrunda avstarliyalı rəqibinə 0-1 hesabı ilə uduzub. Qeyd edək bu nəticə qızlar arasında beynəlxalq yarışlarda ilk ən yüksək göstəricidir.
Bürünc medallara kumitedə Tural Kamallı (-70 kq), kata nümayişində isə Tural Balcanlı layiq görülüb. Medal qazanmaq şansı yüksək olan digər idmançılarımızdan Fəridə Abiyeva (+54 kq) 7 xal fərqi ilə üstün olsa da, rəqibi ciddi zədələdiyindən onun nəticəsi ləğv edilib. Tural Ağalarzadə (-68 kq) isə bürünc mükafat uğrunda yerli idmançı ilə görüşdə hakimlərin qərəzli qərarı ilə məğlub olub. Qeyd edək ki, ilbəil nəticələrini yüksəldən karateçilərimiz iki ildir dalbadal keçirilən Dünya Kuboku yarışlarından medallarla dönürlər. Bu dəfəki turnirin əsas diqqətçəkən cəhəti isə artıq qızların da yüksək əyarlı mükafatlara sahib olmasıdır.
WKF-in baş katibi Corc Yeralimpusun təşkil etdiyi Dünya Kuboku yarışından əvvəl Ümumdünya Karate Federasiyasının (WKF) təlimatçıları fransız Klaud Petinella, ispan Xose Qarsiya və italiyalı Roberto Soderonun rəhbərliyi ilə 3 gün ərzində 6 dəfə təşkil edilən beynəlxalq təlim-məşqlərdə idmançılarımız da iştirak ediblər. Hakimlərimizdən beynəlxalq dərəcəli Cahangir Babayev, Mir-Cabbar Seyidov və Nərgiz Mehdiyeva isə yarışı idarə edənlər arasında olublar.

  
  
  
  
  
  
  
  
Xəbərlər
05.07.2010
3-cü Dünya Kubokunun Nəticələri.
01.06.2010
Rəfael Ağayev Peşəkar Karate Liqası yarışları seriyasında dalbadal 2-ci turnirin qalibi olub. 6 tanınmış karateçinin qatıldığı yarış, əvvəllər olduğu kimi dünya karate elitasının diqqət mərkəzində olub...
10.05.2010
Məlumat verdiyimiz kimi, Afinada 45 ölkədən 500-dək idmançının iştirakı ilə 45-ci Avropa çempionatı keçirilib...
25.02.2010
Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Türkəyinin İzmir şəhərində 37-ci Avropa çempionatından qızıl medalla dönüb...
12.01.2010
Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən «Dünya paytaxtları kuboku» beynəlxalq turniri başa çatdı...
Copyright © 2009 Milli Karate Federasiyası! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır