|
|
Video |
|
 |
|
|
|
|
|
|
|
|
|
|
Xəbərlər |
|
01.06.2010 |
Rəfael Ağayev Peşəkar Karate Liqası yarışları seriyasında dalbadal 2-ci turnirin qalibi olub. 6 tanınmış karateçinin qatıldığı yarış, əvvəllər olduğu kimi dünya karate elitasının diqqət mərkəzində olub. Ukraynanın Lvov şəhərində 6-cı dəfə təşkil edilən bu yarışda yalnız planetin ən güclü karate ustaları iştirak edir. Peşəkar Liqanın favoriti sayılan Rəfael Ağayev keçirdiyi 3 döyüşü qələbə ilə sona yetirərək, bu il dalbadal 2-ci dəfə turnirin qalibi olub. Əsasnaməyə görə 6 idmançı əvvəlcə 2 qrupda mübarizə aparır və onlardan qrup qalibləri finalda döyüşür. Lvovdakı Peşəkar Karate Liqası yarışına martda qatılan idmançımız ilin sonunadək daha 2 mərhələdə birinci olsa, turnirin mütləq çempionu sayılacaq. Qeyd edək ki, Peşəkar Karate Liqasının reytinq-lideri olan dünya karatesinin "brilyantı"-ndan başqa, daha 2 idmançımız turnirin top onluğuna daxildir. Rəşad Hüseynov 6-cı, Taleh Babayev isə 10-cu yerdədir. Növbəti yarış oktyabrda keçiriləcək.
|
|
|
|
|
|