|
|
Video |
|
 |
|
|
|
|
|
|
|
|
|
|
Xəbərlər |
|
10.05.2010 |
Məlumat verdiyimiz kimi, Afinada 45 ölkədən 500-dək idmançının iştirakı ilə 45-ci Avropa çempionatı keçirilib. Yunanıstanın paytaxtında mötəbər yarışa Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yollanan 15 nəfərdən ibarət milli komandamız gözlənildiyi kimi qitə çempionatından medallarla dönüb. Fərdi kumite yarışlarında yalnız Rəfael Ağayev (-75 kq) 10-cu dəfə Avropa çempionu olub. Finalda yerli idmançını 2-0 hesabı ilə məğlub edən dünya karatesinin "brilyantı" növbəti dəfə titulunu qoruyub. Komanda kumite yarışları da karateçilərimiz üçün uğurlu alınıb. Yalnız yarımfinalda ispanlara uduzan idmançılarımız, üçüncü il dalbadal bürünc medala sahib olublar. Bu nəticə ilə milli komandamız 45 ölkə arasında medalların sayına əsasən 6-cı yeri tutub. Onu da xüsusilə qeyd edək ki, MDB ölkələri arasında yalnız Azərbaycan karateçiləri medal qazanıblar. Yarışdan əvvəl 51 dövlətin daxil olduğu Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçirilib. Yığıncaqda cari məsələlərlə birgə, 2012-ci ildə Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsi də müzakirə edilib. Qeyd edək ki, Beynəlxalq dərəcəli hakimlər Yusif Məmmədovla Cahangir Babayev Avropa çempionatını idarə edənlər arasında olublar.
|
|
|
|
|
|