azeri | russian | english
  Ana səhifə     Federasiya     Çempionatlar  
  Partnyorlar     Rafael Ağayev     Xəbərlər     Fotoqalereya     Video     Azərbaycan     Əlaqə  
Video
Sponsor

Xəbərlər

25.02.2010

Avropa çempionatından qızıl medalla

   Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Türkəyinin İzmir şəhərində 37-ci Avropa çempionatından qızıl medalla dönüb. Mötəbər yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandaların baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi ilə yollanan 14 idmançımızdan, Fəyyaz İldırımzadə yeniyetmələr arasında +70 kq çəki dərəcəsində Avropa çempionu olub.  

   1/8 finalda makedoniyalı, ardından isə serbiya və ingiltərəli rəqiblərini məğlub edən Fəyyaz İldırımzadə fransalı idmançı ilə final döyüşünü daha yüksək səviyyədə keçirərək 5-0 hesablı qələbə qazanıb. Perspektivli karateçilərimizdən Aynur Məmmədova, Rafiz Həsənov və Ayxan Mamayevin medal qazanmaq şansları olsa da, onlar son anda imkanı əldən veriblər.
 
   Bu nəticə ilə Azərbaycan 41 ölkə arasında qeyri-rəsmi komanda hesabında 14-cü yeri tutub. 2009-cu ildə Parisdə Yeniyetmə və Gənclərin 36-cı Avropa çempionatında 3 bürünc medala sahib olan karateçilərimiz, qeyri-rəsmi komanda hesabında 26-cı yeri tutublar. Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə seçmə komandalarımızın uğurları Gənclər və İdman nazirliyi, eləcə də Azərbaycan Beynəlxalq bankının birbaşa dəstəyinin nəticəsidir.  

   Yeniyetmə və Gənclərin 39-cu Avropa çempionatı 2012-ci ilin fevral ayında Bakıda keçiriləcək.


   
   
   
   
   
   
   
   
   

Xəbərlər
05.07.2010
3-cü Dünya Kubokunun Nəticələri.
01.06.2010
Rəfael Ağayev Peşəkar Karate Liqası yarışları seriyasında dalbadal 2-ci turnirin qalibi olub. 6 tanınmış karateçinin qatıldığı yarış, əvvəllər olduğu kimi dünya karate elitasının diqqət mərkəzində olub...
10.05.2010
Məlumat verdiyimiz kimi, Afinada 45 ölkədən 500-dək idmançının iştirakı ilə 45-ci Avropa çempionatı keçirilib...
25.02.2010
Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Türkəyinin İzmir şəhərində 37-ci Avropa çempionatından qızıl medalla dönüb...
12.01.2010
Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən «Dünya paytaxtları kuboku» beynəlxalq turniri başa çatdı...
Copyright © 2009 Milli Karate Federasiyası! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır