azeri | russian | english
  Ana səhifə     Federasiya     Çempionatlar  
  Partnyorlar     Rafael Ağayev     Xəbərlər     Fotoqalereya     Video     Azərbaycan     Əlaqə  
Video
Sponsor

Xəbərlər

12.01.2010

   Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən «Dünya paytaxtları kuboku» beynəlxalq turniri başa çatdı.

   İldən ilə populyarlaşan turnir bu dəfə 17-18 oktyabrda keçirildi. Yarış proqramında komanda görüşlərində kubok, həmçinin kişilər və qadınlar arasında açıq çəki kateqoriyasında medallar oynanılırdı.

   Moskva Karate Federasiyasının prezidenti və təşkilat komitəsinin sədri Leonid Lvoviç Popov komanda heyətlərini yüksək qiymətləndirdi və qeyd etdi ki, turnirdə dünyanın ən güclü karateçiləri iştirak edib. Paralel olaraq Moskva karatesinin 30 illiyinə həsr olunmuş «Moskva ulduzları» turniri keçirildi. Həmin turnirdə Sovetlər İttifaqının ən yaxşı ustaları çıxış edirdi. A.B. Şturmin, A.İ. İnşakov, D. Şahmuradov, həmçinin «Boyets» telekanalının rəhbəri Nikolay Korovin turnirin fəxri qonaqları idi. N.Korovin gələcəkdə Azərbaycan yığması ilə birgə bir neçə televiziyə layihəsi hazırlamağı təklif etdi. 

    Qeyd edək ki, bu dəfə Rusiyanın paytaxtında 12 ölkənin: İspaniyanın, Fransanın, Serbiyanın, Çernoqoriyanın, Almaniyanın, Azərbaycanın, Belarusun, Estoniyanın, Ukraynanın, Qazaxıstanın, Gürcüstanın və Rusiyanın çempionları toplaşmışdı. 

   Milli Federasiyanın Prezidenti Yaşar Bəşirovun və baş məşqçi Rəhman Hətəmovun rəhbərliyi altında Azərbaycan yığmasının heyətində: Ağaev Rəfael, Quliyev Məhəmməd, Əliyev Sənan, Əliyev Niyazi, Mədədov Vüsal, Atayev Amal, həmiçinin veteranlar arasında Oktay Məmmədov kimi idmançılar iştirak edirdi. 


   Yarışların ilk günü Azərbaycan yığması «Dünya paytaxtları kuboku»nu qazandı. Əvvəl Rusiya yığmasını 2:1 hesabı ilə məğlub etdikdən sonra, ikinci mərhələdə Belarus yığmasını 3:2, sonra isə eyni hesabla 3:0 Qazaxstan, İspaniya və Gürcüstanı məğlub edərək finala çıxdı. Finalda isə 3:1 hesabı ilə Moskva komandası məğlub edildi. Bu qələbə ilə kişilərdən ibarət yığmamız dünyanın ən güclü komandası olduğunu bir daha sübut etdi. 

   Yarışların ikinci günü Əliyev Niyazi açıq çəki kateqoriyasında beş görüş keçirərək yalnız finalda (əlavə vaxtda), mütləq çəki kateqoriyasında son Dünya Çempionu, Gürcüstan idmançısı Qoqita Arkaniyaya məğlub olaraq ikinci oldu. Qeyd edək ki, bir gün əvvəl Əliyev Niyazi onu 2:1 hesabı ilə məğlub etmişdi. Qoqita Arkaniya özü isə son illər Azərbaycan yığması ilə birgə keçirilən toplanışların daimi iştirakçısıdır və tez-tez Bakıda qonaq olur. 

Xəbərlər
05.07.2010
3-cü Dünya Kubokunun Nəticələri.
01.06.2010
Rəfael Ağayev Peşəkar Karate Liqası yarışları seriyasında dalbadal 2-ci turnirin qalibi olub. 6 tanınmış karateçinin qatıldığı yarış, əvvəllər olduğu kimi dünya karate elitasının diqqət mərkəzində olub...
10.05.2010
Məlumat verdiyimiz kimi, Afinada 45 ölkədən 500-dək idmançının iştirakı ilə 45-ci Avropa çempionatı keçirilib...
25.02.2010
Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Türkəyinin İzmir şəhərində 37-ci Avropa çempionatından qızıl medalla dönüb...
12.01.2010
Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən «Dünya paytaxtları kuboku» beynəlxalq turniri başa çatdı...
Copyright © 2009 Milli Karate Federasiyası! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır