azeri | russian | english
  Ana səhifə     Federasiya     Çempionatlar  
  Partnyorlar     Rafael Ağayev     Xəbərlər     Fotoqalereya     Video     Azərbaycan     Əlaqə  
Video
Sponsor

Federasiya
    Azərbaycanın Milli Karate Federasiyası 1994-cü ildə yaradılmışdır. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 180 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in (Ümumdünya Karate Federasiyası) tam hüquqlu üzvüdür. Bir il əvvəl biz EKF-ə (Avropa Karate Federasiyasına) daxil olmuşduq.
Ümumdünya Karate Federasiyasının strukturunun vahidləri aşağıdakılardır:








 -  ÅÊF (Avropa Karate Federasiyası)  - 53 ölkə www.ekf-karate.net 
 -  AKF (Asiya Karate Federasiyası)  - 40 ölkə www.akf-karatedo.com 
 -  OKF (Okeaniya Karate Federasiyası)  - 9 ölkə www.oceaniakarate.com 
 -  AKF (Afrika Karate Federasiyası)  - 42 ölkə www.karateafrique.org 
 -  PKF (Panamerika Karate Federasiyası)  - 36 ölkə www.karatepkf.com 

    Ümumdünya Karate Federasiyası (WKF) Beynəlxalq Olimpiya Komitəsinin tanıdığı yeganə karate federasiyasıdır (BOK-nin 17 Mart 1999-cu il tarixli 109-cu sessiyası). Onun məqsədi - olimpiya proqramına daxil olmaq üçün karatenin bütün üslub və istiqamətlərinin ümumi yarış qaydaları altında birləşdirməkdir.

Son bir neçə il Milli Karate Federasiyasının rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Onun köməkliyi ilə bizim idmançılar Ümumdünya Karate Federasiyası tərəfindən keçirilən bütün rəsmi yarışlarda iştirak etmək imkanına malikdirlər. Gənclər və İdman Nazirliyi, eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidenti sayılan ölkə Prezidenti İlham Əliyev şəxsən böyük köməklik və dəstək göstərirlər. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim Federasiyanın fəxri üzvü hesab olunur.

Karate üzrə Azərbaycan Milli yığma komandası Avropa və Dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində bizim karateçilərimiz dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında öz sözünü deyiblər. Hal-hazırda milli yığma komanda tərkibində - əsl karate ulduzları var: dəfələrlə Dünya və Avropa çempionu, Dünya Oyunlarının qalibi Rəfael Ağayev, Dünya çempionu İsrafil Şirinov, Avropa çempionları Abdulkərimov Pərviz, Ceyhun Ağasiyev, Rüstəm Mədədov və Niyazi Əliyev, Avropa çempionatının bürünc mükafatçısı Amal Atayev, Yusif Cəfərov və Rəşad Hüseynov.
Milli Karte Federatsiyasının idman bazası aşağıdakı ünvanda yerləşir: Bakı şəh., AZ 1072, Koroğlu Rəhimov küçəsi 19A ("ŞÜA" İdman Sağlamlıq Kompleksidir)

Əlaqə telefonu: (+99412) 465-42-72; (+99450) 210-68-86;
Faks: (+99412) 465-95-85;
e-Mail: wkf@karate.az;
www.karate.az;  

 

Xəbərlər
05.07.2010
3-cü Dünya Kubokunun Nəticələri.
01.06.2010
Rəfael Ağayev Peşəkar Karate Liqası yarışları seriyasında dalbadal 2-ci turnirin qalibi olub. 6 tanınmış karateçinin qatıldığı yarış, əvvəllər olduğu kimi dünya karate elitasının diqqət mərkəzində olub...
10.05.2010
Məlumat verdiyimiz kimi, Afinada 45 ölkədən 500-dək idmançının iştirakı ilə 45-ci Avropa çempionatı keçirilib...
25.02.2010
Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Türkəyinin İzmir şəhərində 37-ci Avropa çempionatından qızıl medalla dönüb...
12.01.2010
Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən «Dünya paytaxtları kuboku» beynəlxalq turniri başa çatdı...
Copyright © 2009 Milli Karate Federasiyası! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır